Sumqayıtda yolu keçən qadını avtomobil vurub öldürüb

27.11.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” un yerli bürosu məlumat verir ki, hadisə Sumqayıt Bulvarı ərazisində qeydə alınıb.

Yolu keçmək istəyən orta yaşlı qadını (şəxsiyyəti dəqiqləşdirilir) avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью