Sumqayıtda yük avtomobilinin vurduğu piyada ölüb

30.09.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sumqayıt ərazisində baş verən yol qəzası faciə ilə nəticələnib.

Moderator.az xəbər verir ki, Bakı-Quba magistralının şəhərdən keçən hissəsində yük avtomobili piyadanı vurub.

“Mercedes Atego” markalı nəqliyyat vasitəsini idarə edən 1991-ci il təvəllüdlü Ceyhun Niftəliyev yolu keçən 1973-cü il təvəllüdlü Qəhrəman Həmidovu vurub.

Ağır xəsarətlərlə tibb müəssisəsinə aparılan 53 yaşlı kişi orada dünyasını dəyişib.

Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью