Sumqayıtda yüksək vəzifəyə TƏYİNAT

24.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Sumqayıt Tibb Mərkəzində (STM) yeni təyinat baş tutub.

Modern.az “Report”a istinadən xəbər verir ki, 4 nömrəli Xəstəxanasının baş həkim vəzifəsinə Bahadır Mahmudov təyin olunub.

STM-in direktor müavini Ramin Qasımov yeni baş həkimi xəstəxananın kollektivinə təqdim edib.

Qeyd edək ki, B.Mahmudov bu təyinatadək 3 nömrəli Xəstəxananın Terapiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Məlumatı Sumqayıt Tibb Mərkəzindən təsdiqləyiblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью