Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sumqayıt şəhərində zavodların birinin həyətində yerləşən transformatorda yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə bu barədə məlumat daxil olub və dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.