Sumqayıtda zavodda baş verən partlayışla bağlı yeni DETALLAR

28.11.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Dünən Sumqayıtdakı Metaltexnologiya zavodunda baş verən partlayışla bağlı yeni məlumatlar üzə çıxıb.
Məlum olub ki, əslində sözügedən zavod ("Metaltexnaloji" MMC) Çingiz Davudova məxsus olub. Hafiz Seyidov adlı şəxs isə zavodu icarəyə götürüb. Hazırda icarə müqaviləsinin saxtalaşdırılması ittihamı ilə Hafiz Seyidovla Çingiz Davudov arasında ciddi mübahisə yaşanır.
Çingiz Davudov Newscenter.az-a bildirib ki, Hafiz Seyidov zavodun direktoru olan bacısı oğlu Mehdi Məmmədovla əlbir olaraq icarə müqaviləsinin müddətini saxtakarlıq yolu ilə uzadıb. Eyni zamanda, müqavilədə razılaşdırılmış müddəalarda birtərəfli qaydada dəyişikliklər edilib.

Bununla bağlı Çingiz Davudov məhkəməyə müraciət edib. Hazırda iş Sumqayıt Kommersiya Məhkəməsində hakim İslam Əliyevin icraatındadır.
Sahibkar Davudov daha sonra bunları bildirib:
«Mənə qarşı edilən bu saxtakarlığın qarşısı məhkəmə tərəfindən alınacaq, qanunun aliliyi bərpa olunacaq və mənə məxsus zavod təhlükədən qurtulacaq. Əminliklə bildirirəm ki, hörmətli hakim İslam Əliyev işə ədalətli baxacaq, yaradılmış saxtakarlıqlar aradan qaldırılacaq».
Qeyd edək ki, sahibkar icarə müqaviləsi ilə bağlı sənədləri də redaksiyamıza təqdim edib.


Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью