Icma.az, Lent az portalına istinadən məlumat verir.
Sumqayıtda zavodda bədbəxt hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsindəki zavodlardan birində qeydə alınıb.
Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Elnur Vidadi oğlu İsmayılzadə zavodun dam örtüyünü dəyişən zaman yıxılaraq ölüb.
Faktla bağlı araşdırmalar aparılır.