Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sumqayıt şəhərində zavodun həyətində yerləşən transformatorda yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
“Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
Əlavə məlumat veriləcək”, - məlumatda qeyd olunur.