Sumqayıtda zəhərlənənlərin vəziyyəti AÇIQLANDI

13.01.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıtda dəm qazından zəhərlənənlərin vəziyyəti açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Belə ki, 12.01.2025-ci il tarixində saat 21:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (2 qadın, 1 kişi cinsli), Uşaq Xəstəxanasına isə 2 nəfər (1 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub.

Dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Onlar ambulator müalicə üçün evə buraxılıblar.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью