Sumqayıtda zəncirvari qəza: 5 maşın toqquşdu

17.11.2024

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıtda zəncirvari qəza baş verib.

Axar.az Report-a istinadən məlumat verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota Prius" əvvəlcə "Volvo" markalı minik avtomobilinə, sonra isə yolun kənarında dayanan daha 3 avtomobilə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью