Sumqayıtda zəncirvari qəza 6 maşının iştirakı ilə+Fotolar

04.01.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

İlkin məlumata görə, iki “Opel”, “Toyota Prius”, “VAZ-2104”, “Changan” və “BMW” markalı minik avtomobilləri toqquşub.

Qəzaya səbəb kimi sürücülər tərəfindən ara məsafəsinin gözlənilməməsi göstərilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью