Sumqayıtda zəncirvari QƏZA

17.11.2024

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sumqayıtda zəncirvari qəza baş verib.

"Report" məlumat verir ki, hadisə şəhərin Çerkassı küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Toyota Prius" əvvəlcə "Volvo" markalı minik avtomobilinə, sonra isə yolun kənarında dayanan daha 3 avtomobilə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью