Sumqayıtda zəncirvari qəza dörd avtomobil və avtobus toqquşdu

13.04.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Sumqayıt şəhərində dörd avtomobil və sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Qəza zamanı iki "Opel", bir "Jac", bir "Hyundai" markalı avtomobillər və 7A nömrəli marşrut avtobusu bir-biri ilə toqquşub.

Qəza nəticəsində bütün nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью