Sumqayıtda zəncirvari qəza olub

31.10.2026

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, hadisə şəhərin Babək küçəsində qeydə alınıb.

Belə ki, "Opel" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında park edilmiş "Opel", "Hyundai", "Toyota", "Mercedes" və "Range Rover" markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью