Icma.az bildirir, Axar.az portalına istinadən.
“Komedixana”da Sumqayıt İH-nin əməkdaşı (sektor məsləhətçisi) Samir Bədəlovun küçə ticarəti ilə məşğul olan şəxsə qarşı rəftarı parodiya edilib.
Kult.az xəbər verir ki, aktyorlar İH əməkdaşının küçə ticarətçisinin məhsulunu qanunsuz olaraq müsadirə etməsini öz müdaxilələri ilə səhnələşdiriblər.
Xatırladaq ki, bir neçə gün öncə Sumqayıtda Nizami meydanı yaxınlığında keçirilən reyd zamanı icra məmurunun satıcının mallarını qanunsuz olaraq müsadirə etməsi sosial şəbəkələrdə kəskin etirazlara səbəb olmuşdu.