Sumqayıtdakı dəhşətli hadisənin şahidi: Partlayış səsinə oyandıq

03.12.2024

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Yatmışdıq, partlayış səsinə oyandıq".

Bu barədə Oxu.Az-a hadisə şahidi Afad Əfəndiyev deyib.

O bildirib ki, partlayış nəticəsində şəxsi maşını zərər görüb:

"Hamımız yatmışdıq. Partlayış səsinə oyandıq. Qışqırıq səsləri var idi. Kömək çağırışları eşitdik. Gəldik gördük ki, bina uçub. Partlayış nəticəsində mənim maşınım da zərər görüb.

Həmin binada 2-ci mərtəbədə yaşayış yox idi. 1-ci mərtəbədə 4 nəfərdən ibarət gənc ailə yaşayırdı. 2 uşaq və valideynləri həmin mənzildə yaşayırdı. Uşaqların anası tibb işçisidir. Deyəsən o işdədir. Uşaqlar ilə ataları da dağıntılar altından çıxarılıb, xəstəxanaya aparılıblar".

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью