Sumqayıtdakı güclü partlayışın görüntüsü VİDEO

03.12.2024

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib.

Metbuat.az bildirir ki, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində bu vaxtadək bir nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bina sakinləri təxliyə edilib.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью