Sumqayıtdakı partlayışda 3 nəfər ağır yanıq xəsarətləri alıb AZƏRTAC

03.12.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Sumqayıt, 3 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Dekabrın 3-də saat 06:40 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub.

Bu barədə AZƏRTAC-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfər (2 kişi, 1 qadın) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью