Icma.az, Modern.az portalına istinadən məlumat verir. Sumqayıtda ötən gün baş verən partlayış zamanı şok keçirən qonşu bu gün ölüb.
Modern.az "Report"a istinadən xəbər verir ki, Sumqayıt şəhəri 13-cü mikrorayon ərazində yaşayış binasında dünən baş verən partlayış zamanı hadisənin qeydə alındığı binada qalan 1952-ci il təvəllüdlü xanım bu gün ölüb.
Onun hadisənin şokundan qohumlarının evində ürəyinin partladığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.