Sumqayıtdakı partlayışda xəsarət alan şəxslərdən daha biri öldü

09.12.2024

Sonxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sumqayıtdakı partlayışda xəsarət alan şəxslərdən daha biri öldü

Sumqayıtdakı partlayış zamanı xəsarət alan şəxslərdən daha biri ölüb.

Sonxeber.az "Report"a istinadən verir ki, partlayış zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Ayxan Əliyev xəstəxanada dünyasını dəyişib.

Bununla da partlayışda ölənlərin sayı ikiyə çatıb.

A.Əliyevin bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.

Qeyd edək ki, dekabrın 7-də Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdü Ramin Əliyev xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhər 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью