Sumqayıtdakı partlayışda xəsarət alan şəxslərdən daha biri öldü Azərbaycanda özəl xəbərlər…
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Sumqayıtdakı partlayış zamanı xəsarət alan şəxslərdən daha biri ölüb.
AZXEBER.COM "Report"a istinadən verir ki, partlayış zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Ayxan Əliyev xəstəxanada dünyasını dəyişib.
Bununla da partlayışda ölənlərin sayı ikiyə çatıb. A.Əliyevin bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.
Qeyd edək ki, dekabrın 7-də Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdü Ramin Əliyev xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhər 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu