Sumqayıtdakı partlayışda xəsarət alan şəxslərdən daha biri ölüb | Icma.az
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sumqayıtdakı partlayış zamanı xəsarət alan şəxslərdən daha biri ölüb.“Report”un yerli bürosu məlumat verir ki, partlayış zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Ayxan Əliyev xəstəxanada dünyasını dəyişib.Bununla da partlayışda ölənlərin sayı ikiyə çatıb.A.Əliyevin bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.Qeyd edək ki, dekabrın 7-də Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdü Ramin Əliyev xəstəxanada vəfat edib.Faktla bağlı araşdırma aparılır.Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhər 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib.
Nəticədə 6 nəfər xəsarət alıb. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu