Sumqayıtdakı partlayışda xəsarət alan yeniyetmə öldü

09.12.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıtdakı partlayış zamanı xəsarət alan şəxslərdən daha biri ölüb.

"Cebheinfo.az" “Report”a istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Ayxan Əliyev xəstəxanada dünyasını dəyişib.

Bununla da partlayışda ölənlərin sayı ikiyə çatıb.

A.Əliyevin bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.

Qeyd edək ki, dekabrın 7-də Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdlü Ramin Əliyev xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью