Sumqayıtdakı partlayışda xəsarət alanların adları məlum oldu

03.12.2024

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib. Hadisə nəticəsində xəsarət alanların adları məlum olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, onlar, 1977-ci il təvəllüdlü Ramil Əliyev, 2007-ci il təvəllüdlü Ayxan Əliyev və 2010-cu il təvəllüdlü Familə Əliyevadır.

Qeyd edək ki, hər üç şəxs ağır yanıq xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Zaurə Əmirova


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью