Sumqayıtdakı partlayışda xəsarət alanların adları məlum oldu YENİLƏNDİ Yeni Çağ Media

03.12.2024

Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib. Hadisə nəticəsində xəsarət alanların adları məlum olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, onlar, 1977-ci il təvəllüdlü Ramil Əliyev, 2007-ci il təvəllüdlü Ayxan Əliyev və 2010-cu il təvəllüdlü Familə Əliyevadır.

Qeyd edək ki, hər üç şəxs ağır yanıq xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

***
Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə 03.12.2014-cü il tarixində saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib.

TƏBİB-dən Yenicag.az-a verilən xəbərə görə, hadisə nəticəsində xəsarət alan 2 nəfər (1 qadın cinsli, 1 kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.

*** 0

09:24

Novxanıdakı partlayışda xəsarət alan şəxslər mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri imiş.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, partlayış zamanı evdə 2 nəfər olub.

Onların hər ikisi xilasedicilər tərəfindən evdən sağ çıxarılaraq xəstəxanaya göndərilib.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью