Sumqayıtdakı partlayışda yaralanan kişi ÖLDÜ

07.12.2024

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Sumqayıtda partlayış zamanı xəsarət alan şəxslərdən biri ölüb.

Modern.az bu barədə “Report”a istinadən xəbər verir.

Bildirilir ki, partlayış zamanı xəsarət alan, 1977-ci il təvəllüdlü Ramin Əliyev dünyasını dəyişib.

2007-ci il təvəllüdül Ayxan Əliyev və 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhər 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью