Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sumqayıtdakı partlayış zamanı xəsarət alan şəxslərdən daha biri ölüb.
Modern.az “Report”a istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Ayxan Əliyev xəstəxanada dünyasını dəyişib.
Bununla da partlayışda ölənlərin sayı ikiyə çatıb. A.Əliyevin bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.
Qeyd edək ki, dekabrın 7-də Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdlü Ramin Əliyev xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.