Sumqayıtdakı partlayışda yaralananların SON VƏZİYYƏTİ

04.12.2024

Lent az saytına istinadən Icma.az xəbər verir.

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə TƏBİB-in tibb müəssisələrinə hospitalizasiya olunan 6 nəfərdən 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Lent.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1 nəfər stasionar müalicədən imtina edib, 3 nəfər isə paytaxtda yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub./APA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью