Sumqayıtdakı partlayışda zərər dəyən evlər sığorta ödənişi ala bilər? | Icma.az
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Məlum olduğu kimi, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə və Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində partlayış baş verib.
Partlayışlar nəticəsində müvafiq əmlaklarda ciddi zərər meydana gəlib.
Azərbaycan Sığortaçılar Assosiasiyasından Trend-ə bildiriblər ki, müvafiq partlayış hadisələri sığorta hadisəsi hesab edilir.
"Müvafiq əmlakların sığortası varsa, həmin əmlakların sahibləri sığortalandıqları sığorta şirkətlərinə müraciət edə bilərlər.
Nəticədə müvafiq hadisə sığorta hadisəsi kimi tanındıqdan sonra ödəniş əldə edə bilərlər", qurumdan qeyd olunub.
Qeyd edək ki, Daşınmaz əmlakın icbari sığortası respublika ərazisində məcburidir və bu sığorta növü üzrə proseslər 2011-ci ildə qəbul edilmiş "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Məlumat üçün bildirək ki, müvafiq qanunvericiliyə əsasən respublika ərazisində yerləşən yaşayış əmlakları 3 qrup üzrə sığortalanır.
Tam oxu
Xəbəri oxu