Sumqayıtdakı partlayışdan Görüntülər

03.12.2024

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiymiz kimi, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində bu vaxtadək bir nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. 

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib. 

Əlavə məlumat veriləcək.

Hadisə yerindən görüntüləri təqdim edirik:





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью