Sumqayıtdakı partlayışla əlaqədar axtarışxilasetmə işləri sona çatıb

03.12.2024

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Bu barədə FHN mətbuat xidmətinin son məlumatında bildirilir.

Məlumata görə, partlayış nəticəsində müxtəlif xəsarətlər almış 6 nəfər xilas edilib.

P.ƏMİRCANOV

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью