Sumqayıtdakı yanğın məhdudlaşdırılıb Yenilənib

21.12.2024

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Sumqayıt şəhərində zavodun həyətində yerləşən transformatorda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirliyin məlumatında deyilir.
“Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək”, - məlumatda qeyd olunur.
***13:04
Sumqayıt şəhərində zavodun həyətində yerləşən transformatorda yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
“Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
Əlavə məlumat veriləcək”, - məlumatda qeyd olunur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью