Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Sumqayıtda yanğınla əlaqədar polis təhlükəsizlik tədbirlərini davam etdirir.
Bu barədə Redaktor.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasında yanğınla əlaqədar polis əməkdaşları sakinlərin təxliyə tədbirlərində iştirak edirlər.
Yaşayış sahəsi polis nəzarətinə götürülməklə təhlükəsizlik təmin olunur.