“Sumqayıt”dan ayrılan futbolçu Hindistanda

06.09.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Sumqayıt”dan ayrılan Nikola Ninkoviç karyerasını Hindistanda davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Nors İst Yunayted”ə keçib. Serbiyalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Ninkoviç 2025/26 mövsümündə “Sumqayıt”da çıxış edib. O, “kimyaçılar”da 31 oyunda 2 qol vurub.

Serb futbolçu daha əvvəl ölkəsində “Partizan”, İtaliyada “Cenoa”, “Kyevo”, “Empoli”, “Askoli”, “Breşiya”, Gürcüstanda “Torpedo” Bosniyada “Borats” kimi komandalarda forma geyinib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью