“Sumqayıt”dan böyükhesablı qələbə

15.01.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Basketbol Liqasının IX turunda "Sumqayıt" qələbə qazanıb.

Apasport.az xəbər verir ki, B qrupunun təxirə salınmış matçında "gənclik şəhəri" təmsilçisi "Quba" kollektivinə 126:90 hesabı ilə qalib gəlib.

Bu gün keçirilən əvvəlki görüşdə isə "Şəki" "Gəncə"ni 72:66 hesabı ilə üstələyib.

Qeyd edək ki, dünən A qrupunun təxirə salınmış "Naxçıvan" - "Abşeron" matçı Naxçıvan təmsilçisinin 102:82 hesablı qələbəsi ilə yekunlaşıb. IX turun oyunları dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı.

"Kavalyers" və "Pelikans"dan qələbə, "Bulls" evdə xalsız qaldı Çempionlar Liqasının daha bir matçı Bakıda keçiriləcək ABL: Təxirə salınmış daha iki oyun keçiriləcək Murat Dikmen: “Buna layiq komandayıq” Erhan Toker: “Sonluğu gətirə bilmədik”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью