Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? VİDEO

26.10.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıtdan Bakıya gələn sürücülərin “20 Yanvar” metrostansiyasının yaxınlığında sərnişinləri mindirib-düşürməsi ilə bağlı diqqətçəkən məqam açıqlanıb. Söhbət “Azərsu” binasının qarşısında yerləşən avtobus zolağından gedir.

Avtosfer.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Rüfət Əmiraslanov həmin ərazidəki hərəkət qaydalarını izah edib.

Ekspertin sözlərinə görə, Sumqayıt istiqamətindən gələn sürücülər yolun müvafiq hissəsində qırıq xəttin tələblərinə uyğun olaraq avtobus zolağına daxil olub, nişanın təsir zonasında sərnişinləri mindirib-düşürə bilərlər.

Həmin ərazidə uzun müddət dayanmaq və avtomobili parklanmış vəziyyətdə saxlamaq qadağandır. Lakin sərnişinlərin qısa müddətdə mindirilib-düşürülməsi ilə parklanma eyni hal deyil.

Ekspert sürücülərə nişanların və yol nişanlanmasının tələblərinə əməl etməyi, avtobusların hərəkətinə maneə yaratmamağı tövsiyə edib.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://player.bax.tv/embed/228190.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью