“Sumqayıt”dan gözlənilməz qərar: Məşqçilərin yeri dəyişdirildi

16.12.2024

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

“Sumqayıt” basketbol klubunun məşqçilər korpusunda dəyişiklik edilib. 
Bizim.Media xəbər verir ki, klubun “sükanı arxasına” Vadim Kuramşın keçib. Bunadək köməkçi məşqçi işləyən həmyerlimiz baş məşqçi vəzifəsini icra edəcək. 
O, bu postda rusiyalı Aleksandr Mixaylovu əvəzləyib. Maraqlıdır ki, əvvəlki baş məşqçi isə Kuramşınin köməkçisi kimi işini davam etdirəcək. 
Qeyd edək ki, “Sumqayıt” 6 turdan sonra B qrupunda 7 xalla sonuncu pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью