Sumqayıtdan müsbət notlar

18.11.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın U-20 milli komandası yoldaşlıq oyunu keçirdi. Sumqayıtda, “SOCAR Polymer Arena”da İraqla baş tutan matç qolsuz yekunlaşdı.

Ruy Jorjenin yetirmələri ümumi oyunda rəqibindən üstün çıxış etdi. Hər iki hissədə daha çox şans yaradan kollektiv qapıya düşə bilmədi. Xüsusilə, birinci yarıda real imkanlar yaxalayan U-20 fürsətləri boşa verdi.

Ümumiyyətlə, millilərdə qol sıxıntısı yaşanır. İstər əsas, istərsə də aşağı yaş qrupları üzrə komandaların məhsuldarlığı aşağıdır. İllərdir davam edən hücumçu problemi davam etməkdədir.

U-20-nin heyətində Hikmət Cəbrayılzadə, Əli Bəşirov, Şahnur İsmayılov kimi adlar ön plana çıxdı. Yığmanın oyun üslubunda diqqət çəkən məqamlardan biri isə futbolçuların uzaqdan zərbələrə üstünlük verməsi oldu. Bu, yığma adına müsbət məqamlardandır. Müdafiədə bəzi anlarda boşluqlar verən kollektiv ümumi planda pis təsir bağışlamadı.

Komandalar arasında ikinci yoldaşlıq oyunu noyabrın 20-də saat 16:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Millinin ilk oyundan hansı dərsləri çıxaracağı məhz bu görüşdə bəlli olacaq.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью