“Sumqayıt”dan növbəti transfer RƏSMİ FOTO

29.07.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

“Sumqayıt” klubu daha bir futbolçu transfer edib.

Gununsesi.info “gənclik şəhəri” təmsilçisinin rəsmi səhifəsinə istinadən xəbər verir ki, bu, serbiyalı yarımmüdafiəçi Nikola Ninkoviçdir.

Hazırda 31 yaşında olan oyunçu “Partizan”ın yetirməsidir. Ninkoviç İtaliyanın “Cenoa”, “Kyevo”, “Empoli”, “Askoli” və “Breşiya”, Serbiyanın “Proletar”, Bosniya və Herseqovinanın “Borats” və son olaraq, Gürcüstanın “Torpedo Kutaisi” komandalarının formasını geyinib. O, Serbiyanın U-17, U-19 və U-21 millilərində də çıxış edib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью