“Sumqayıt”dan yubiley qələbə

04.11.2024

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

“Sumqayıt” Azərbaycan çempionatlarının yüksək liqasında 70-ci ev qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XII turuna təsadüf edib.

“Gənclik şəhəri” təmsilçisi öz meydanında “Sabah”a qalib gəlib – 1:0. Sumqayıtın eyniadlı təmsilçisi 70-ci qələbəsini 207-ci ev matçında əldə edib. Ölkə çempionatları tarixində 12 komanda öz meydanında 70 və daha çox görüşdə qalib gəlib.

Qeyd edək ki, “Sumqayıt”ın ilk ev qələbəsi 2011-ci il oktyabrın 30-da AZAL-la görüşə təsadüf edib – 2:1.

Yeqor Xvalko: "Kəpəz" təzyiq altında xal qazanır" - Müsahibə Millimizin üzvünə İsveçdən təklif var Şahin Diniyevin xələfi kim olacaq? - Namizədlər bəllidir III turdan təxirə salınan oyunun təyinatları açıqlanıb "Sabah" "Kəpəz"lə matça itki ilə çıxacaq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью