Sumqayıtın 75 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub

26.11.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub.

“Report”un yerli bürosu məlumat verir ki, Şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda keçirilən konsert proqramında rəsmilərlə yanaşı, Sumqayıtla qardaşlaşmış Almaniyanın Lüdviqshafen və Polşanın Belostok şəhərlərinin nümayəndə heyətləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tanınmış incəsənət ustaları öz ifaları ilə sumqayıtlıları təbrik ediblər.

Qeyd edək ki, 1949-cu il noyabrın 22-də Sumqayıta şəhər statusu verilib. Sumqayıt ötən dövr ərzində zəngin inkişaf yolu keçərək Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilib. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib.

Şəhərin 75 illiyi ilə bağlı əsas küçə və prospektlərinə xüsusi işıqlandırma sistemi quraşdırılıb, parklar, mərkəzi meydanlar və digər ictimai məkanlar yeni dekorativ elementlərlə bəzədilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью