Sumqayıtın açıq qapısını cəmi 4500 azarkeş döydü... FOTOLAR | Icma.az
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sumqayıtda keçirilən matçla Misli premyer-liqasında 14-cü tura yekun vurulur. Şəhərin eyniadlı təmsilçisi "Şamaxı"nı qəbul edir.
Oyunda ikinci hissə oynanılır və hesabda bərabərlik var - 1:1.
Bu öz yerində.Məlum olduğu kimi, "kimyaçılar" Sumqayıt şəhərinin 75 illiyi ilə bağlı "açıq qapı" elan edib.
Yəni azarkeşlər üçün bilet satışı həyata keçirilməyib. Onlar stadiona sərbəst girə və istədiyi oturacaqda əyləşib oyunu canlı izləyə bilər.
Üstəlik qarşılaşmadan əvvəl tərəfdarların iştirakıyla əyləncəli oyunlar keçirilib və qaliblər mükafatlandırılıb.
Fasilədə baş tutan daha bir oyunda meydana dəvət edilən 5 azarkeş mərkəzdən "çərçivə"ni nişan alıb və topu boş qapıdan keçirənlərə klubun forması və şərfləri hədiyyə edilib.
Azarkeşlərin tribunalara vəlb edilməsiylə bağlı görülən işlər bununla bitmir.
Tam oxu
Xəbəri oxu