Sumqayıtın “ağ ciyərləri” məhv edilir KONKRET

21.08.2025

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sumqayıtda yaşıllıq ərazi məhv edilir.

KONKRET.az xəbər verir ki, sumqayit24.az-a müraciət edən sakinlər bildiriblər ki, Nəsimi adına Mədəniyyət və İstirahət parkında bir qrup şəxs tərəfindən sağlam ağaclar kəsilir. Vətəndaşların iddiasına görə, kəsilən ağacların yerinə yaxın gələcəkdə yeni attraksionlar və karusellər quraşdırılacaq.

Sakinlər məsələnin diqqətə alınmasını və yaşıllıqların qorunmasını tələb edirlər. Onlar qeyd edirlər ki, park şəhər sakinlərinin istirahət etdiyi, təmiz hava aldığı və uşaqların vaxt keçirdiyi vacib ərazidir və bu cür kəsimlərin davam etməsi narahatlıq yaradır.

View this post on Instagram

A post shared by Sumqayıt 24 (@sumqayit24.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью