“Sumqayıt”ın baş məşqçi postuna gətirmək istədiyi mütəxəssis seçimini etdi

30.06.2025

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Sumqayıt" baş məşqçi postuna axtarışlarını davam etdirir.

Sportal.az saytına verilən məlumata görə, “kimyaçılar” bu posta Aleksey Şpilevskini dəvət etmək istəyib. Hətta bu yöndə belaruslu mütəxəssislə danışıqlar da gedib.

Amma 37 yaşlı məşqçi seçimini Rusiya klubundan yana edib. Belə ki, o, Premyer Liqa təmsilçisi olan “Pari Nijni Novqorod”la anlaşıb.

Buna görə də, “Sumqayıt” fərqli mütəxəssislərlə danışıqlara davam edib. Şpilevski “Dinamo Brest”, “Kayrat”, “Erzgebirge Aue” və “Aris”(Limassol) klublarında çalışıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью