Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Sərhədçi”ni qələbə münasibətilə təbrik edirəm”.
İdman.Biz xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vadim Kuramşin Azərbaycan Basketbol Liqasının 15-ci turunda “Sərhədçi” ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O bildirib ki, ardıcıl üç qələbədən sonra komanda bir qədər arxayınlaşıb.
“Bu gün çox kobud səhvlərə yol verdik. Ümid edirəm ki, “Lənkəran”a qarşı keçirəcəyimiz növbəti matçda bu səhvləri təkrarlamayacağıq. Bu gün oyunumuzda ən faciəvi məqam rəqibə 50 ribaund toplamağa imkan verməyimiz oldu. Buna da səbəb mərkəz oyunçumuz Elayca Hatçins-Everettin olduqca zəif çıxışı idi. Belə ucaboy mərkəz oyunçumuz var, amma biz bütün ribaundları uduzuruq. Bu gün onun günü deyildi”, - baş məşqçi vurğulayıb.
Qeyd edək ki, “Sərhədçi” “Sumqayıt”ı (98:94) hesabı ilə məğlub edib.