Sumqayıtın baş məşqçisinin köməkçiləri müəyyənləşib

10.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat verir.

"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadovun köməkçiləri müəyyənləşib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 35 yaşlı mütəxəssisə Şahin Abdullayev və uzun illər komandanın kapitanlıq sarğısını daşımış Vurğun Hüseynov kömək edəcək.

Qapıçılar üzrə məşqçi vəzifəsini Emil Babayev icra edəcək. Komandanın fiziki hazırlıq üzrə məşqçisi Gerard Martinez Bernat olacaq.

Qeyd edək ki, V.Cavadov yanvarın 8-də "gənclik şəhəri" təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью