Sumqayıtın bəzi hissələrində su olmayacaq

30.04.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıt şəhərini içməli su ilə təchiz edən kəmərdə aparılacaq təmir işləri ilə əlaqədar şəhərin bəzi hissələrinə su verilişində fasilələr olacaq.

“Qafqazinfo” xəbər veri ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, şəhərin Müşfiqabad, Altyalı, 28 May qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilələr yaranacaq.

Mayın 3-ü axşam saatlarından etibarən işlər yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью