Sumqayıtın bir hissəsində su kəsildi: Səbəb AÇIQLANDI

18.06.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Sumqayıt şəhərində suyun verilişində məhdudiyyət yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-ın qaynar xəttinə müraciət edən sakinlər məlumat verib.
Sakinlərin sözlərinə görə, şəhərin 18-ci mikrorayon ərazisində səhər saatlarından suyun verilişi dayandırılıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, su xəttində qəza baş verib:
"Hazırda su xəttində qəzanın aradan qaldırılması istiqamətində təmir və bərpa işləri görülür. Axşama doğru işlər yekunlaşdırılacaq, daha sonra suyun verilməsi mərhələli şəkildə bərpa ediləcək".
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью