Sumqayıtın bir hissəsinə suyun verilməsində fasilə yaranacaq AZƏRTAC

23.01.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 yanvar, AZƏRTAC

Sumqayıt şəhər ərazisinin bir hissəsini içməli su ilə qidalandıran su kəmərində aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar yanvarın 23-də səhər saat 10:00-dan, axşam saat 17:00-a qədər Kotec, Kimyaçılar qəsəbələrinə, Bulvar ərazisi, 26-cı məhəllə, Xəzər bağları, 7-8-12-ci məhəllənin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatalrı Agentliyindən AZƏRTAC-a məlumat verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью