“Sumqayıt”ın futbolçusu milli komandada

21.05.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sumqayıt"ın futbolçusu Ronaldo Vaskez Dominikan Respublikası milli komandasına çağırılıb.

İdman.biz xəbər verir ki, yarımmüdafiəçi iyunda keçiriləcək matçlara dəvət alıb.

Dominikan Respublikası dünya çempionatının seçmə mərhələsində iki oyun keçirəcək. Ronaldonun komandası iyunun 7-də və 11-də müvafiq olaraq Qvatamela və Dominika ilə qarşılaşacaq.

Marselo Nevelefin yetirmələri ardınca Şimali və Mərkəzi Amerika ölkələrinin iştirakı ilə keçirilən "CONCACAF Gold Cup" turnirində iştirak edəcək. A qrupunda yer alan Dominikan Respublikası iyunun 15-də Meksika, 19-da Kosta Rika, 23-də isə Surinamla qarşılaşacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью