“Sumqayıt”ın iki futbolçusu ilk iki dövrədə əvəz olunmayıb AZƏRTAC

27.12.2024

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 27 dekabr, AZƏRTAC

“Sumqayıt” komandasının ilk iki dövrədə əvəz olunmayan futbolçuları Mehdi Cənnətov və Murad Xaçayev olub.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, qapıçı M.Cənnətov qış fasiləsinə qədər meydana çıxdığı 18 qarşılaşmanın 5-də qapısını toxunulmaz saxlamağı bacarıb.

Murad Xaçayev isə bu mövsüm keçirdiyi 18 matçda əvəz olunmamaqla yanaşı, Misli Premyer Liqasında ardıcıl 64 oyunda 90 dəqiqə meydanda olub. Bu qarşılaşmaların 10-u 2022/2023-cü illər mövsümünə, 36-sı isə ötən mövsümə (2023/2024) təsadüf edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью